“Facebook”, “Instagram” və “WhatsApp”a sahib olan ABŞ-nin “Meta” korporasiyası daha 10 min əməkdaşını işdən çıxaracaq,
Bu barədə şirkətin baş direktoru Mark Zukerberqin məktubuna istinadən xəbər yayılıb.
Eyni zamanda, hazırda açıq olan 5 minə yaxın vakant yerin bağlanması nəzərdə tutulur. Aydın olur ki, “Meta” maliyyə göstəricilərini yaxşılaşdırmaq üçün belə bir qərar qəbul edib.
İşçilərin ixtisarının bir neçə mərhələdə baş verəcəyi gözlənilir. Konkret olaraq, birinci dalğa bu həftə başlayacaq və “Meta”dakı işə qəbul departamentinə təsir edəcək. Aprel ayında baş verəcək ikincisi dalğa texniki heyətə, maydakı üçüncü dalğa isə biznes heyətinə aid olacaq.
Qeyd edək ki, hələ 2021-ci ilin sentyabrında Zukerberqin sərvəti 142 milyard dollar idi. 2022-ci ilin əvvəlindən bu rəqəm 55,9 milyard dollara qədər azalıb. 2022-ci ilin əvvəlində təxminən 340 dollar dəyərində olan şirkət səhmləri isə indi təxminən 190 dollara satılır.
Mənbə: vedemosti.ru