Metroda uşaqların səsi ilə bir gün -MARAQLI SÜRPRİZ- FOTO – VİDEO

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Bakı Metropoliteni istifadəçilərinə maraqlı sürpriz hazırlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, “3 Alma”nın təşəbbüsü və Bakı Metropoliteninin dəstəyi ilə 1-3 iyun tarixində metropolitenin bütün stansiyalarında, vaqonlarda və eskalatorlarda səsləndirilən elanları balaca oğlan və qızların dilindən eşidəcəyik:

“Elanlar həm Azərbaycan, həm də ingilis dillərində səsləndiriləcək. Bu layihə Bakı Metropoliteni tarixində ilk dəfə gerçəkləşdiriləcək. Layihədə Avropa Azərbaycan məktəbinin I-III siniflərində təhsil alan 30-dan çox şagird və 2 nəfər məktəbəqədər uşaq iştirak edib”.

İştirakçılar arasında Azərbaycan vətəndaşları və əcnəbilərin də olduğu bildirilib. Uşaqların böyük həvəs və zövqlə iştirak etdiyi bu layihənin əsas məqsədi cəmiyyətin diqqətini balacalara yönəltmək, eyni zamanda, onlarda özünə inam və məsuliyyət hissi aşılamaq, bizim üçün nə qədər dəyərli olduqlarını bir daha hiss etdirməkdir.

Könül Cəfərli

Share: