Azərbaycan vətəndaş cəmiyyəti bir daha Metsamor Atom Elektrik Stansiyasının təhlükəsini aradan qaldırmaq üçün təcili tədbirlər görməyə çağırıb.
Bunu -ya açıqlamasında “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli bildirib.
Zaur İbrahimli deyib ki, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Nüvə Enerjisi Sammitinin rəhbərliyinə açıq məktubla müraciət edərək Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının yaratdığı təhlükələrin aradan qaldırılmasının zəruriliyini vurğulayıblar: “Azərbaycan vətəndaş cəmiyyəti ardıcıl olaraq Metsamor Atom Elektrik Stansiyası ilə bağlı risklər barədə məlumatlılığı artıraraq beynəlxalq ictimaiyyəti qətiyyətli addımlar atmağa sövq edir. Məktubda vurğulanır ki, Azərbaycanda keçiriləcək COP29 qlobal ekoloji çağırışlara diqqət yetirir və dünya miqyasında daha sərt təhlükəsizlik standartlarına səbəb olan keçmiş nüvə qəzalarını nəzərə alaraq sayıqlığın artırılmasını tələb edir. Diqqətə çatdırmaq istəyirik ki, Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətinin nəzərəçarpacaq risk yaradır, beynəlxalq qurumların və ixtisaslaşmış təşkilatların tədbir görməməsinin region ölkələri üçün təhlükəni daha da gücləndirir. Azərbaycan vətəndaş cəmiyyəti bu təhlükənin qarşısının alınması üçün təcili tədbirlərin görülməsini tələb edir və bütün əlaqədar tərəfləri məsuliyyətli davranmağa çağırır.
Dünya ətraf mühitin mühafizəsi və təhlükəsizliyi üçün səyləri artdırdığı vaxtda Azərbaycan vətəndaş cəmiyyətinin mesajı aydındır: Metsamor Atom Elektrik Stansiyasının risklərinə göz yummaq olmaz və insanların həyatını və ətraf mühiti qorumaq üçün çevik addımlar atmaq vacibdir”.