Meydançada xalqın layiqli komandası var idi

Meydançada xalqın layiqli komandası var idi

Meydançada xalqın layiqli komandası var idi

“Futbolçularıma və azərkeşlərimizə təşəkkür edirəm. Bir azərbaycanlı kimi bu birliyimizi görəndə çox sevinirəm”.

xəbər verir ki, bu sözləri “Qarabağ” baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis ümumi hesabda 6:5 qalib gələrək tarixlərində ilk dəfə avrokubokların 1/8 final mərhələsinə vəsiqə qazanmalarına münasibət bildirib: “Öz xalqımı çox sevirəm. 44 günlük müharibədən sonra Ali Baş Komandanımızın bir yumruq kimi möhkəm olmaq kimi çıxışları olurdu. Müharibədən sonra daha möhkəm olmuşuq. Bu sözlərdən həmişə istifadə edirəm, bu, mənə böyük motivasiya verir. Bu gün meydançada xalqın layiqli komandası var idi. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Hər kəsin sevincini görürdüm və qürur duyurdum. Prezident seçkilərindən bir gün sonra “Braqa”nı səfərdə məğlub etdik. Bugünkü qələbəmiz isə təbriki tam etdi”.

O, son qolun müəllifi Nəriman Axundzadə barədə xoş fikirlər səsləndirib: “İnsan məsuliyyətlidirsə, onun böyümək şansı çoxdur. Səfər oyunundan sonra Nəriman ağlayırdı. Bütün futbolçular ona təsəlli verirdi. Fikirli idi. Məşqlərdə üzərində çalışırdı, bazadan çıxmırdı. Allah onun əvəzini verdi”.

Share: