Rusiya hərbçilərinin cəsədləri Ukraynadan Belarusun Mozır şəhərinə aparılır, orada onlar yığılır və naməlum istiqamətə aparılır. Bu barədə BBC-nin rus xidməti məlumat verir.
Jurnalistlərin həmsöhbətinin sözlərinə görə, şəhərin küçələrində çoxlu sayda hərbçi var – ehtimal olunur ki, onlar Çeçenistandandır, həmçinin burada Rusiya nömrəli avtomobillər görmək olar.
Burada morqun özündə baş verənlərlə bağlı məlumat verdilər.
“Cəsədlər heç soyuducuya da yığılmır. Onlar adi 5-5 kvadratmetrlik bir otağa aparılır, bir müddət orada saxlanılır, çürüyür, iylənir, sonra onları daşıyıb harasa aparırlar… Bu işi əsgərlərin özləri görür. Hər şey ciddi şəkildə mühafizə olunur, ərazidən yalnız şöbə rəisi çıxa bilir”, – morqun əməkdaşları ilə tanış olan mənbə bildirib.
“Bu cəsədlərin sayını heç kim bilmir, lakin hər kəs baş verənlərdən dəhşətə gəlir. Həkimlər elə bilirlər ki, haradasa səyyar krematoriy var, ya da cəsədlər sadəcə basdırılır”, – o əlavə edib.
Belarusun dövlət KİV-lərində yaralı Rusiya əsgərlərinin müalicə olunması bardə heç bir məlumat yoxdur.
virtualaz.org
Müstəqil.Az