Meymun çiçəyinə görə fövqəladə vəziyyət elan OLUNDU

Meymun çiçəyinə görə fövqəladə vəziyyət elan OLUNDU

Kaliforniyada meymun çiçəyi epidemiyası ilə bağlı fövqaladə vəziyyət elan edilib.

Müstəqil.Az xəbər verir ki, bu barədə ştatın qubernatoru Gavin Nevsom fərman imzalayıb.

Qubernator bildirib ki, bəyannamə Kaliforniyaya hökumətin geniş reaksiyasını koordinasiya etməyə, daha çox peyvənd axtarmağa və insanların müalicə və peyvənd ala biləcəyi yerlərlə bağlı təbliğat və maarifləndirmə işlərinə rəhbərlik etməyə kömək edəcək.

Dövlət səhiyyə rəsmilərinin məlumatına görə, Kaliforniyada 800-ə yaxın meymun çiçəyi hadisəsi qeydə alınıb.

Qeyd edək ki, virusla bağlı analoji addpımı atan ikinci ştat olub.

Müstəqil.Az

Share: