Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus, dünya səhiyyəsində meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət rejiminin bitdiyini açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Qebreyesus bu haqda ÜST-nin qlobal sağlamlıq problemləri ilə bağlı keçirdiyi mətbuat konfransında danışıb.
“Meymunçiçəyi virusu səbəbiylə 111 ölkədən 87 min yoluxma hadisəsi və 140 ölüm halı ÜST-ə bildirilib”, – deyə qeyd edib.
Qebreyesus son üç ayda meymunçiçəyi virusuna yoluxma hallarının əvvəlki üç aya nisbətən 90 faiz azaldığını bildirib.
“Komitə mənə birdən çox ölkədə görülən meymunçiçəyi virusunun artıq beynəlxalq əhəmiyyətli bir fövqəladə hal ifadə etmədiyini dedi. Qəbul etdim. Bununla belə, COVID-19 pandemiyasında olduğu kimi, bu, xəstəliyin bitdiyi demək deyil”,- deyə əlavə edib.