Yeni uşaq kitabı
Bu günlərdə “Parlaq imzalar” Nəşriyyatında 24 səhifəlik maraqlı bir uşaq kitabı çap edilib.
“Meyvələrin şöhrəti” adlanan kitab dahi Füzulidən ilhamlanaraq onun “Meyvələrin söhbəti”ni təqlid edərək qələmə alınıb. Kitab iki müəlliflidir. Belə ki, onun ideya müəllifi Səltənət Zülfüqarova, meyvələrin dilindən şeirləri qələmə alan Mina Rəşiddir.
Nəfis tərtibatlı bu kitabın ərsəyə gəlməsində illüstrator Auqust Dina, həkim nutrisioloq-dietoloq Amaliya Rəhimova, fotoqraf Elnarə Hüseyni, radaktor Amin Sükut və başqalarının da xeyli zəhməti var. Kitabın “Ön sözü”nün müəllifi isə Günel Eminlidir.
Müstəqil.Az