ARB TV-də yayımlanan “Bazar düzü” proqramının növbəti qonağı tanınmış meyxanaçı Aqşin Fateh olub.
O, ailədaxili münasibətlərdən danışıb. Meyxanaçı nikahın pozulmasına görə qadınları qınayıb:
“Kişi və qadın münasibətləri o qədər qəliz məsələdir ki, bir ailənin dağılmasında günahın 90 faizi qadınlarda olur”.
Meyxanaçı qadınların səbirsiz olduğunu vurğulayıb:
“O baxımdan yox ki, səbir etmirlər və ya günah qadındadır. Kişi çox səhv edə bilər, amma onun arxasında dayana bilən bir qadın lazımdır. Həmişə Azərbaycan kişiləri evə söykənib. Evin içində problem olarsa, kişi heç yerdə rahat ola bilməz. Balaca problem, dır-dır oldusa, sağalmayan izlər buraxıldısa, o kişi çöldə də rahatlıq tapmayacaq və sonunda gəlib evinin ocağını söndürəcək”.