“Meyxanaçıların yaratdığı qruplar nəzarətə götürülməlidir”

“Meyxanaçıların yaratdığı qruplar nəzarətə götürülməlidir”

“Meyxanaçılar arasında, yas yerlərində yaradılmış xüsusi qruplar var, bunlar da nəzarətə götürülməlidir”.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında deputat Fazil Mustafa deyib.

Deputat qeyd edib ki, dini ziyarətlər tam dövlətin nəzarətində olmalı, müəyyən yerlərə ziyarət edənlər də riskli qrup kimi nəzərə alınmalıdır: “Azərbaycanda milyonlarla manat vəsait xüms adı ilə yığılaraq İrana göndərilir. Bu, terrorizmin maliyyələşdirilməsidir. Dini ziyarətlər tam dövlətin nəzarətində olmalı, müəyyən yerlərə ziyarət edənlər də riskli qrup kimi nəzərə alınmalıdır. Digər tərəfdən, meyxanaçılar arasında, yas yerlərində yaradılmış xüsusi qruplar var, bunlar da nəzarətə götürülməlidir”.

Share: