“Microsoft” şirkəti Ukraynaya texnoloji dəstəyini artıracaq.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu şirkətin vitse-prezidenti Bred Smit Ukraynanın rəqəmsal transformasiya naziri Mixailo Fedorov ilə görüşündə deyib.
O bildirib ki, gələn il Ukraynaya 100 milyon dollar məbləğində əlavə yardım göstərməyi düşünür:
“Bu yardım Ukraynadakı dövlət qurumlarının, infrastruktur obyektlərinin və digər sektorların öz rəqəmsal infrastrukturunu idarə etməyə və bulud vasitəsilə vətəndaşlara xidmət göstərməyə davam etməsini təmin edəcək”.