Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən MİDA yaşayış kompleksinin qarşısında 2002-ci il təvəllüdlü Əliyev Mirzə Çingiz oğlunu naməlum şəxs və ya şəxslər ölümcül hala salıb. Belə ki, 21 yaşlı oğlan huşsuz vəziyyətdə tapılaraq Sabunçu Tibb Mərkəzinə çatdırılıb.
Ona qarın boşluğunun daxilə nüfuz edən bıçaq xəsarəti, kəllənin arxa nahiyəsinə bərk küt alətlə yetirilmiş ağır kəllə-beyin travması, başın əzilmiş-deşilmiş xəsarətləri diaqnozu qoyulub. M.Əliyev reanimasiyaya yerləşdirilib.
Faktla bağlı Suraxanı RPİ-də cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.