“İdxaldan asılılığın azaldılması və yerli istehsala dəstək məqsədilə Azərbaycan İnvestisiya Şirkəti (AIC_OJSC) tərəfindən “Diamed Development Group” MMC-yə 766 min manat investisiya yatırılıb”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında paylaşım edib.
Nazir paylaşımında yeni iş yerlərinin yaradılacağını da diqqətə çatdırıb:
“İllik istehsal gücü 20 mln. ədəd infuzion və dializ məhsulları olan zavodda 100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur”.