Mikayıl Cabbarov Fazil Məmmədovun iş prinsipini təkrarlayır? – ARAŞDIRMA

Məlum olduğu kimi dünya bazarlarında neft məhsullarının qiymətinin aşağı düşməsi,  manatın devalivasiyası və digər amillərin təsiri dövlət büdcəsinə mədaxilin azalması ilə nəticələnmişdir. Bununla əlaqədar olaraq dövlətin apardığı islahatlar və sahibkarlıq subyektlərinə olan münasibət və şəxsən prezident İlham Əliyevin sahibkarlara göstərdiyi qayğı bu zümrə tərəfindən də alqışla qarşılanıb. Lakin elə məmurlar var ki, onlar nəinki işinin öhdəsindən gəlmir, həmçinin səlahiyyətindən, tutduğu mövqedən sui-istifadə edərək, sahibkarlara qarşı  amansız mübarizə aparır, onların işinə mane olurlar, dəfələrlə təzyiqlərə məruz qoyurlar.

Hörmətli oxucu, bildiyiniz kimi, Müstəqil.Az saytı bir müddətdir ki, Cənub bölgəsində vergi orqanı əməkdaşlarının maxinasiyaları, törətdikləri qanunsuzluqlarla bağlı silsilə yazılar, faktlar təqdim edir(http://www.mustaqil.az/2018/05/28/sabibkarlar-bu-dəfə-nazirə-etiraz-etdilər-susmayin/,http://www.mustaqil.az/2018/04/24/vergi-mufəttisləri-pullarimizla-kef-edirlər-sahibkarlarin-harayi-fotolar/,http://www.mustaqil.az/2018/04/29/nazir-mikayil-cabbarov-gozdən-salinir-cənublu-sahibkarlar/, http://www.mustaqil.az/2018/05/03/14264http://www.mustaqil.az/2018/05/09/cənub-bolgəsinin-vergi-sprutu-umid-mikayil-cabbarovadir http://www.mustaqil.az/2018/05/20/mikayil-cabbarov-umidimizi-dogrultmur-sahibkarlar-od-puskurdu).Həmin missiyanı davam etməkdə qərarlıyıq! Keçək növbəti faktlara…

 “Fiat- Doblo”lardan təyinatsız istifadə

Azərbaycan Respublikası Vergilər Nazirliyinin  6 saylı Ərazi Vergilər İdarəsi və Azərbaycan Respublikası Vergi qanunvericiliyi – bu anlayışlar sanki bir qütbün əks yarımkürələridir. Bu strukturların mahiyyəti elə bil tamailə bir-birinə əks mövqedən dayanmış kimi görünür. Məsələnin məğzinə vardıqda bu qənaətə gəlmək olur ki, sanki 6 saylı Ərazi Vergilər İdarəsi  Azərbaycan Respublikası Vergilər Nazirliyinin deyil, hardasa qanunlara riayət olunmayan, qanunları tanımayan bir ölkənin orqanıdır. Belə olmasaydı 6 saylı Ərazi Vergilər İdarəsi  Yaşar Allahverdiyev kimi ödəyicilərə qucaq açmazdı, rəsmi direktor təyin olunmasına baxmayaraq  müəsisələrin qeydiyyatından, direktor olmağından illərdir xəbəri olmayan direktorlar olmazdı, xarici iqtisadi fəaliyyətlə məşğul olan ödəyiciləri vergidən yayındırmaq üçün yalandan, olmayan obyektlər qeydiyyata qoyulmazdı, kimlərsə istədiyi obyektlərdə  qərarsız xronometraj yoxlamalar keçirməzdi, Vergilər  Nazirliyi tərəfindən 6 saylı  Ərazi Vergilər İdarəsinə təhkim olunmuş “Fiat- Doblo” avtomobilləri təyinatından başqa digər təyinatlar üçün istifadə olunmazdı.

Yenə araşdırmamıza oradakı mənbə dəstək olur; Onun bildirdiyinə görə, bu avtomobillərdən digər təyinat üçün dəfələrlə istifadə olunub. Hətta bir dəfə belə qanunsuz istifadələr zamanı ağır avtomobil qəzası  baş verib. Bu qəza Nazirlikdən gizlədilib, idarədə bacardıqca dövlət malına xor baxılıb. Əgər dediklərimiz olmasaydı, yuxarıda adları çəkilən həmən avtonəqliyyat vasitələrinin dövlət nömrə nişanları  şəxsi avtomobillərə vurulmazdı, yanacaqdoldurma məntəqələrindən qanunsuz, dövlət hesablna şəxsi  abtomobillərinə yanacaq vurulmazdı, deyir mənbə.

Bəyannamələrdə 10 faiz

Əslində, bu və hələ toxunmadığımız digər neqativ hallar, əldə etdiyimiz çoxsaylı təkzibolunmaz məlumatlar növbəti yazılarımızda haqqında danışacağımız olayların bir hissəsinin qısa anonsudur. İndi bu anonsalrdan biri haqqında ətraflı danışaq, -deyir mənbə:

“Lənkəran və Masallıda Etibar Sahibov adlı iş adamının hər rayonda iki obyekti var. Hər birinin də bu gün cox yaxşı mal dövriyyəsi var. Sağlığına qismət. Əziyyət cəkib, iş qurub. Ancaq Etibar Sahibov faktiki  olaraq dövriyyəsinin vergi orqanına təqdim etdiyi bəyannamələrdə 10 faizini göstərir. Niyə? Çalışacağıq ki, çözümünü də verək… Sözsüz ki, bu hal heç də səbəbsiz deyil”.

Yazıya pozu yoxdur prinsipi

Müstəqil.Az-a yazılı və şifahi olunan müraciətində, eyni zamanda təqdim etdiyi bəzi sənədlərin bələdçiliyi ilə məlun olur ki, Etibar Sahibovun obyektlərində, ötən yazılarımızdan oxuculrımıza adı və əməlləri yaxşı məlum olan, Vergilər Nazirliyinin və əlaqədar təşkilatların əməllərinə göz yumduğu Əliyev Yaleh  Yaşar oğlu və Tağıyev Nazim İlqar oğlunun vasitəsi ilə qərarsız xronometraj yoxlama keçirilmiş və iş adamını aylıq haqqa otuzdurmuşdular. Məlunatda deyilir: “Vergi işçiləri yaxşı bilir ki, rəsmi  xronometrajlarda  xronometraj dövriyyəsini  bu proses keçirildikdən 1-2 ay sonra azaltmaq mümkün olur. Ancaq Valeh və Nazimin keçirdiyi qərarsız, qeyri-rəsmi xronometrajın dövriyyəsini azaltmaq mümkün deyil. Bu, “yazıya pozu yoxdur”, – prinsipi ilə işləyən Valeh və Nazim ittifaqının göstəricisidir. O da aydındır ki, bu gün Valeh Əliyev , Nazim Tağıyev və iş adamı Etibar Sahibov yazdıqlarımızı inkar etmək istəyərlər.” Xronometraj rəsmi olmayıb axı, nə sübütünuz ola bilər”,- deyə bilərlər, nənbə  xatırlatmalarında israrlıdır.

Mənbə əməkdaşımıza verdiyi yazılı məlumatda bildirir ki, onlara və oxuculara, eləcə də Vergilər Nazirliyinin hal əhlinə səbəbləri saysaq, başqa sübuta eytiyac olmayacaq. Sadaladığımız və sadalayacağımız bu səbəblər ən böyük sübutdur. Konkret faktlara keçək – necə olur ki, iş adamının hər obyekt üçün istifadə etdiyi elektrik enerjisinin haqqı  rəsmi dövriyyəsindən coxdur? Niyə hər obyektə  muzdlu işə cəlb olunmuş əməkdaşların 20-30 fazi ilə rəsmi əmək müqaviləsi bağlanmışdır, bəs qalanları? Niyə ildə bir neçə dəfə bu obyektlərdə ad dəyişmə edilir?

Suallar çoxdur, cavab verənləri isə tapmaq olmur… İş adamları və vergilər idarəsində çalışan mənbəmiz deyir ki, Mikayıl Cabbarovun iş prinsipi də elə Fazil Məmmədovunun işinin qara tərəfini təkraralamaq imiş.

Mənbə əməkdaşımızla söhbətində Valeh və Nazimin müəllifliyi ilə bir vaxtlar iş adamın etdiyi  bir maxinasiyanın üstü təsadüfən açıldı, deyir: “O maxinasiya  da sonra elə Valeh və Nazimin dəstəyi ilə qapadıldı. Sanki belə bir şey olamyıb”.

Nədir o maxinasiya?

Mənbə bildirir ki, iş adamının Lənkəran şəhərində yerləşən şirniyyat evinə  vergi orqanında  qeydiyyata  keçirməklə bir nəzarət kassa aparatı qoyulmuşdur. Həmən kassa aparatı binanın harasındasa gizlədilib, rəsmi dövriyyə  həmən apata vurulur və bəyannamə rəsmi nəzarət kassa aparatının yaddaşında olan dövriyyə ilə vurulur. Faktiki satış salonunda isə heç yerdə qeydiyyatda  olmayan nəzarət kassa aparatı istifadə olunur və bütün dövriyyə həmən aparata vurulurdu. Üçlüyün  fitri istedadına  bərəkallah!. Guya bütün dövriyyə  kassa aparatına  vurulur və buna uyğun vergi ödənilir.”

 Diribaşın addımları

Valeh və Nazimin keçirdiyi belə xronometrajların sayı yüzə qədərdir. Hamısı haqqında bir materialda danışmaq  mümkün deyil. Növbəti yazılarımızda o obyeklər haqqında  bəhs edəcəyik, qəflət yuxusunda yatanları oyadacağıq. İndilərdə isə onu demək yerinə düşür ki, bütün bu qeyri qanuni olaylara idarənin rəhbəri Ədalət Fərəcovun, onun komandasının üzvləri olan Bəhruz Heydərovun, “Akula” Namiq Bağırovun və digər vəzifə sahiblərinin birbaşa göstərişi, yaxud olunan təkliflərə razılıqları ilə rəvac verilir. Dəflərdlə qeyd edildiyi kimi Vergilər Nazirliyinin səlahiyyətlilərinin bu olaylara yuxarıdan aşağa olarsq təsir göstərməməsi, əslində aşağadan onların bu və ya digər formada “qidalanması” kimi yozula bilər, deyir, mənbə. Nazirloyin əlaqədar təşkilatlarının, xususi ilə mətbuat katibliyinin yayınlanan bu hadisələri  nazir Mikayıl Cabbarova çatdırmamaq istəyi onların bu qara oyunda maraqlarının olmasından xəbər verir. Yox, əgər çatdırırlarsa, nazirin özünün artıq bu qara oyunun baş məşqçisi olması qənaətinə gəlinir, -yazılır redaksiyaya ünvanlanan məktubda. Məntiq də bunu deyir.

“Fiat-Doblo” avtomobilin dövlət nömrə nişanını

Yuxarıda  İdarəyə təhkim olunmuş avtomobillərin dövlət nömrə nişanlarından istifadə etməklə  şəxsi avtomobillərinə yanacaq vurulmasından bəhs etdik. Bəs kimdir bu diribaş? Oxucularımıza ötən yazılardan yaxşı tanış olan Eldəniz  Kərəmov Masallı rayon Xidmət  Mərkəzinə təhkim olunmuş, lakin 6 saylı Ərazi Vergilər  İdarəsinin həyətində olan “Fiat-Doblo” avtomobilin dövlət nömrə nişanını açmış, özünün şəxsi  mülkiyyətində olan “Mersedes” markalı avtomobilinə bağlamaqla  dövlət büdcəsindən  ayrılmış yanacaq pulu ilə şəxsi avtomobilinə dəfələrlə yanacaq vurmuşdur. Bu xəbər idarənin rəhbərinə catdıqda  iadrə rəhbəri cənab Ədalət Fərəcov  Eldəniz Kərəmovu  məzmmət etməklə kifayətlənmişdir. Dövlət  büdcəsindən şəxsi məqsəd üçün istifadəyə  Ədalət Fərəcov  göz yumması əliəyriliyə, sadəcə, məzəmmətlə işini bitmiş hesab etməsi rəhbərin bu və ya digər formada özünün də dövlətin cibinə girməsindən xəbər verir.

Gözbağlayıcılar

Mənbə Müstəqil.Az-a açıqlamasında onu da bildirir ki, verdiyi məlumatların əvvəlində qeyd etdiyim kimi, bütün bunlar qanunsuz əməllərin cüzi bir hissəsidir. Amma hələ bu materiallar hazır istintaq  materialıdır: “Mən inanmıram ki, bu materalları ölkənin hüquq mühafizə  orqanlarının rəhbərliyi görsə göz yumsunlar, əgər bilib göz yumurlarsa, demək, Ədalət Fərəcov, Bəhruz Heydərov və digərləri həm də gözbağlayıcıdırlar…”
Müstəqil.Az araşdırmalarını davam etdirməklə yanaşı qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğunu bildirir.
Ötgün

 

Share: