Mikroavtobusun vurduğu qadın 24 gün sonra xəstəxanada ölüb

Mikroavtobusun vurduğu qadın 24 gün sonra xəstəxanada ölüb

Sumqayıtda mikroavtobusun vurduğu qadın 24 gün sonra xəstəxanada ölüb.

“Report”un xəbərinə görə, hadisə iyulun 30-da Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Seyhun Əliyevin idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobus hərəkətdə olan zaman piyadalar – Raziyə Əhmədova və Mehparə Əhmədovanı vurub. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Lakin R.Əhmədova avqustun 21-də müalicə aldığı xəstəxanada vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Share: