Millət vəkili: “Şokdayam, nə deyim, bilmirəm…” – Məktəbdə olay

Təhsil müəssisəsi ilə bağlı bu cür məlumatlar çox üzücüdür.

Müstəqil.Az Teleqraf.com-a istinadən xəbər verir ki, millət vəkili Qənirə Paşayeva dünən Xaçmaz rayon Arzu kəndində orta məktəbin 6-cı sinif şagirdinə qarşı direktorun əxlaqsız təklif etməsi məsələsinə münasibət bildirərkən deyib.

 

Millət vəkilinin sözlərinə görə, təhsil müəssisəsi müqəddəs ocaq kimidir və onun adının qorunması təhsil işçilərinin ən vacib amalı olmalıdır: “Səfərdən ötən gün qayıtdığımdan və yeni səfərə hazırlaşdığımdan dolayı, bütün günü görüşlər, tədbirlər, seçicilərlə görüşlərdən xəbərlərə baxmağa zamanım olmamışdı. Açdım xəbərləri, oxudum və şoka düşdüm. Nə yazım, heç özüm də bilmirəm. Sadəcə şokdayam.

 

Təhsil Nazirliyinin bu məsələ ilə bağlı atdığı addımları dəstəkləyirik. Ümumiyyətlə təhsil müəssisəsi ilə bağlı bu cür məlumatlar çox üzücüdür və bir çox insana dərs olmalıdır. Təhsil müəsisəsi müqəddəs ocaq kimidir və onun adının qorunması təhsil işçilərinin ən vacib amalı olmalıdır. Övladlarımızı yetişdirmək üçün etibar etdiyimiz insanların əxlaqı isə yüksək səviyyədə olmalıdır

 

Hələ də xəbərin təsirindən özümə gələ bilməmişəm. Deyəsən, 21-ci əsrdə ən ciddi problem əxlaq, mənəviyyat böhranı olacaq”.

 

Qeyd edək ki, Xaçmaz rayonun Arzu kənd orta məktəbin direktoru Gülfəz Alxasov 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkət edib. Qızın valideynləri tərəfindən polis və prokurorluğa edilən şikayət əsasında direktor işdən azad olunub, araşdırma aparılır.


Müəllif: İlhamə Əbülfət
Share: