Azərbaycan milli komandasının və İspaniyanın “Alkorkon” klubunun futbolçusu Eddi İsrafilovu 5 ilədək həbs cəzası gözləyir.
Müstəqil.az xəbər verir ki, buna səbəb futbolçunun “Eybar”da çıxış etdiyi vaxt komanda yoldaşları olmuş Serxio Enriç və Antonio Lunanın içində olduğu seksual məzmunlu videonu yaymaqdır.
2015-ci ildə baş verən hadisədə futbolçularla intim əlaqədə olan qadın futbolçulardan bunu lentə almağı xahiş edib. Onlar videonu çəkdikdən sonra komanda yoldaşları Eddiyə göndəriblər.
Lakin sonra məhkəmə prosesində qadının vəkili görüntülərin razılıq olmadan çəkilməsində və yayılmasında Enriç və Lunanı, həmçinin İsrafilovu günahlandırıb. Ftubolçular isə bağışlanmalarını diləyiblər.
Araşdırmalar yekunlaşdıqdan sonra rəsmi qaydada ittiham irəli sürülərək, hökm oxunacaq.
Qeyd edək ki, İsrafilov 2015-ci ildə Azərbaycan yığmasında çıxış edib.