Bu gün Milli Məclis növbəti plenar iclasını keçirir.
Milli Məclisin bu günkü iclası 2018-ci il büdcə müzakirələrinə həsr edilib.
İclası giriş sözü ilə Milli Məclisin spikeri Oktay Əsədov açıb. O, bildirib ki, 2018-ci ilin büdcəsi sosial yönümlü saxlanılıb:
“Büdcə zərfi sosial-iqtisadi durum nəzərə alınmaqla hazırlanıb. Növbəti ildə də real iqtisadi artım proqnozlaşdırılıb. Büdcənin sosial yönümlülüyü saxlanılıb”.
Spikerin sözlərinə görə, büdcə zərfi müsbət dinamik dəyişilikləri əks etdirir:
“Büdcə gəlirlərində qeyri-neft sektorunun payı artıb. Biznes mühitrinin yaxşılaşıdırılması, maliyyə bazarlarının təkmilləşdirilməsi iqtisadiyyatın rəqabət qabiliyyətini artırıb”.
Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında baş nazir Artur Rasizadə və maliyyə naziri Samir Şərifov iştirak edir. /Cebhe.info/