Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.
Modern.az xəbər verir ki, hazırda iclasın gündəliyinə əsasən, 2021-ci il payız sessiyası ərzində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində görülmüş işlərin hesabatı dinlənilir.
Bununla bərabər, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planının müzakirəsi həyata keçiriləcək.
İclasın gündəliyinə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi də əlavə edilib.
Qeyd edək ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, sədr müavini Əli Məsimlidir.