Milli Qəhrəman İbad Hüseynov Hatay valisi ilə görüşüb

Milli Qəhrəman İbad Hüseynov Hatay valisi ilə görüşüb

Türkiyə Cümhuriyyətinin Hatay Valisi Mustafa Masatlının dəvəti ilə Azərbaycan və Türk dünyasının tanınmış qəhrəmanı, Azərbaycan Bayrağı ordenli və Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovu və onunla birlikdə gələn heyəti Valilikdə qəbul edib.
Görüş zamanı vali Mustafa Masatlı Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində zəfərə görə cənab Prezident İlham Əliyevi və xalqımızı təbrik edib. Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov öz növbəsində dəvətə və təbrikə görə vali Mustafa Masatlıya təşəkkür edib. İbad Hüseynov iki ölkə arasındakı münasibətlərin bu səviyyəyə gəlməsinin memarı Ulu Öndər Heydər Əliyevin fəaliyyətini vurğulayıb və hal-hazırda strateji səviyyəyə çatdırılmasında Azərbaycan Respublikasının Prezidenti müzəffər Ali Baş Komandan İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna rolunu qeyd edib.

Share: