MİLLİ QƏHRƏMANIN ÇÖRƏYİNƏ KİMLƏR GÖZ DİKİB ???
Müstəqil.Az-ın poçt qutusuna gələn məktubu olduğu kimi nəzərinizə çatdırırıq:
Ukraynanın paytaxtı Kiyev şəhərində insult keçirən Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyevin müalicəsi Azərbaycan Prezidenti Cənab İlham Əliyevin birbaşa tapşırığı əsasında ciddi nəzarətə götürülmüşdür.
Lakin Milli Qəhrəmanının sıxıntılı bir dönəmində onun dolanacaq yerini əlindən alıblar. Belə ki, birgə çalışdığı şəriki, Gözdən əlillər Cəmiyyətinin üzvü Qədirov Amanşah Ayətşah oğlu ilə Abşeron rayonu Güzdək Bələdiyyəsi arasında 16.05.2017-ci il tarixində 2 ha torpaq sahəsini mişar daşının istehsalı məqsədi ilə icarəyə götürmüşlər.
Ərazinin işlək hala gətirmək üçün külli miqdarda vəsait sərf olunmuşdur. Ancaq sonradan məlum olmuşdur ki, Abşeron rayonu Güzdək Bələdiyyəsi həmin ərazini qanunsuz olaraq 18.04.2018-ci il tarixində “Kotanlı-42” MMC-yə icarəyə vermişdir.
Bununla bağlı Milli Qəhrəman dəfələrlə adiyyəti qurumlara, Abşeron rayonu Güzdək Bələdiyyəsinə, Abşeron Rayonu İcra hakimiyyətinə müraciət olunmasa da heç bir müsbət nəticə əldə olunmamışdır. Milli Qəhraman Zabit Quliyevin ailəsinin dediklərinə onlara məxsus olan texnika da daxil olmaqla sözügedən karyer “Kotanlı-42” MMC tərəfindən qanunsuz olaraq mənimsənilərək orada fəaliyyət göstərirlər.
Qeyd edək ki, şikayətçilərin bildirdiklərinə görə “Kotanlı-42” MMC dağ mədən ayırma aktı olmadan fəaliyyət göstərir. Ölkə başçısının, Vitse Prezident Mehriban Xanımın biznesmenlərə, əlillərə, Milli Qəhramanlara qayğı ilə yanaşdığı bir zamanda bəzi məmurların bu özbaşınalığı əlbətdə ki, Prezidentin uğurlu siyasətinə ləkə gətirir.
P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Əmrah Mehdiyev
Müstəqil.Az