MİLLİ QÜRURUMUZU QAYTARAN ŞƏXSİYYƏT…- Həzərxan Əbilov yazır

MİLLİ QÜRURUMUZU QAYTARAN ŞƏXSİYYƏT…- Həzərxan Əbilov yazır
 
Mənliyimiz, qürurumuz olan Bayrağımızın ad günü ərəfəsində, noyabrın 8-də Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin məntiqli siyasəti, müzəffər ordumuzun gücü, və xalqımızın birliyi, inamı nəticəsində Şuşanın azad olunması Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri oldu.
Bu tarix xalqın bütövlük, dəyanət, rəşadət və ləyaqət tarixidir. Azərbaycanın gücünün, milli həmrəyliyinin, prezidentimizin bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyi bacardığının tarixi və sübutudur. Bu gün dünya azərbaycanlılarına qələbə daddıran lider olaraq böyük sevinc yaşadan tarixdir. Bu haqq yolumuzun tarixidir. İyirmi səkkiz illik həsrətin yarasına məlhəm qoyulan tarixdir. Şuşanın Dövlət Bayrağı günü ərəfəsində azad edilməsi, müqəddəs bayrağımızın ən şərəfli günüdə Şuşada əbədi dalğalandırılması qürurvericidir. 1992-ci il may ayının 8-də erməni təcavüzkarları tərəfindən Şuşa işğal olunsa da 2020-ci il noyabrın 8-də – 28 il yarımdan sonra işğala Azərbaycan respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər, şanlı ordumuzun rəşadəti ilə son qoyuldu. Azərbaycanın ürəyi, mirvarisi, o cümlədən bütün Qafqazın mədəniyyət beşiyi olan Şuşa şəhərinin düşmən işğalından azad olunması xalqımızın ən böyük arzusu idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Şəhidlər Xiyabanında xalqa etdiyi müraciəti isə bütün xalqımızın Qarabağ həsrətinə məlhəm oldu.
Ali Baş Komandanın tarixi müraciətindən: “Dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə-belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində – 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam. Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Möhtərəm prezidentin bu tarixi çıxışı bütün azərbaycanlıların həsrətlə gözlədiyi xəbər oldu. Yaşasın Azərbaycan xalqı və onun layiqli lideri İLHAM Əliyev!
QARABAĞ AZƏRBAYCANDIR!
 
Xəzər rayon təhsil işçiləri adından;
Həzərxan Əbilov.
Sin descripción disponible.
Share: