Azərbaycan millisinin daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.
“Qafqazinfo” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamız Şimali Makedoniya ilə üz-üzə gələcək.
Qarşılaşma noyabrın 20-də Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da baş tutacaq.
Xatırladaq ki, milli komanda noyabrın 16-da Kişinyovdakı “Zimbru” stadionunda Moldova seçməsi ilə də görüşəcək.