Futzal üzrə dünya çempionatının əsas mərhələsinin qrup oyunlarına hazırlıq məqsədilə Qazaxıstan yığması ilə yoldaşlıq oyunları keçirəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, baş məşqçi Joze Alesio Da Silva sentyabrın 12-dən başlanacaq təlim-məşq toplanışına 13 futzalçı dəvət edib. Sezar De Angelis Jonatan, Amir Şojaei və Hadi Ahmadi komandaya Qazaxıstanda qoşulacaq. Toplanış 5 gün davam edəcək.
Oyunlar isə Aktau şəhərindəki “Halyk Arena”da keçiriləcək və yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 16:00) başlayacaq. Komanda səfərə sentyabrın 16-sı gecə saatlarında yola düşəcək.