Millimizin Serbiya ilə matçını onlar idarə edəcək

Millimizin Serbiya ilə matçını onlar idarə edəcək

Azərbaycan və Serbiya yığmaları arasında keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatının seçmə oyunu üçün bütün təyinatlar açıqlanıb.

Müstəqil.Az xəbər verir ki, görüş israilli hakimlər briqadasına həvalə olunub.

Baş hakim Roy Raynşrayberə David Elias Biton və Sagi Metzamber yan xətt, David Fuksman dördüncü hakim qismində kömək edəcək. Bolqarıstanlı İçko Lozev hakim-inspektor, rusiyalı Vyaçeslav Semyonov FIFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oyun martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Müstəqil.Az 

Share: