Gənc fəal Qurbanəli Yusibovun deputatlığa namizədliyi qeydiyyata alınıb.
Bu barədə Qlobal.az-a Qurbanəli Yusibovun Seçki Qərargahından məlumat verilib.
Məlumatda deyilir ki, 47 saylı Mingəçevir Seçki Dairəsindən qeydiyyata alınan ilk namizəddir.
Qeyd edək ki, Qurbanəli Vidadi oğlu Yusibov 1987-ci ildə Mingəçevir şəhərində ziyalı ailəsində anadan olub.
2004- cü ildə Mingəçevir şəhər 13 saylı orta məktəbi bitirib. 2004- 2008- ci illərdə Sumqayıt Dövlət Universitetində tarix fakültəsinin bakalavr, 2009- 2012- ci illərdə magistr pilləsində təhsil alıb.
2008-2009-cu illərdə cəbhə bölgəsində həqiqi hərbi xidmətdə olub.
2004-cü ildən ictimai fəaliyyətlə məşğuldur. 2006-ci ildən müxtəlif media qurumlarında təmsil olunur.
2009-cu ildən onlayn media, xüsusilə sosial media sahəsində ciddi fəaliyyət göstərir.
2009-2012-ci illərdə Mingəçevir Turizm Kollecində tarix, politologiya, sosiologiya və fəlsəfə fənnlərindən dərs deyib.
2010-cu ildə “Həsrətin odu” şeirlər kitabı ictimaiyyətə təqdim olunub.
2010-2015-cı illərdə yaradıcı gənclərə dəstək məqsədi ilə yaratdığı “Gənclərin Söz Birliyi” İB-nin təsisçisi və sədri olub.
2010-2016-cı illərdə “Sosial Xəbər” qəzeti və “Sosial Xəbər İnformasiya Agentliyi”nin baş direktoru işləyib.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
2013-cü ildə gənc yazarların əsərlərindən ibarət “Ömür” və 2014-cü ildə isə “Gənc qələm sahibləri” adlı antologiyaların çapını reallaşdırıb.
Yazdığı şeirlərə mahnılar bəstələnib, Azərbaycan və Türkiyədə ifa edilib.
2014-cü ildən biznes sahəsindədir. Onlayn biznes sektoruna aid bir neçə uğurlu layihə hazırlayıb, ictimaiyyətə təqdim edib.
2016-cı ildən “Blockchain” texnologiyası və onlayn yatırımlar, xüsusilə kriptovalyutalar haqda araşdırmalar aparır, seminarlar keçir və konsultasiyalar verir.
Xarici şirkətlər üçün innovasiyalara, yeni texnologiyalara və onların marketinqinə dair layihələr yazır, məsləhətçi kimi onlarla əməkdaşlıq edir. Budapeşt, Tiflis, İstanbul, Ankara, Antalya və Muğlada regional konfranslara qatılıb.
Azərbaycanda ilk dəfə olaraq sosial şəbəkə tavanlı onlayn təlim-tədris platforması yaradıb. Bundan başqa bir neçə startap layihənin müəllifidir və gənc startapçılar, tələbələr, o cümlədən bu sektora maraqlı olan şəxslər üçün təmənnasız olaraq maarifləndirmə işləri aparır.
Hazırda “ONMA Line Consulting” şirkətinin təsisçisi və direktorudur.