Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən hadisə ilə əlaqədar cinayət işi qaldırılıb.
Moderator.az xəbər verir ki, bu barədə Baş prokuror Zakir Qaralov prezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar müşavirədə bildirib.
“Müvafiq istintaq tədbirləri davam etdirilir. Baş vermiş hadisə ilə əlaqədar “yanğın təhlükəsizlik qaydalarını pozma”, “vəzifədən sui-istifadə etmə” və “səhlənkarlıq” maddələri ilə cinayət işi qaldırılıb. Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar nazirliyi ilə birgə əmr imzalamaqla istintaq-əməliyyat qrupu yaradılıb. Hadisə yerində zəruri istintaq tədbirləri həyata keçirilir”.
Baş prokuror bildirib ki, hadisə yerinə baxış keçirilib, müvafiq sənədlər götürülüb, hadisənin baş vermə səbəbi ilə əlaqədar dindirilmələrə başlanılıb.
Müstəqil.az