Mingəçevirdə mənzildə 70 yaşlı qadının meyiti tapılıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana gələrək mənzilin qapısını açıb və 1947-ci il təvəllüdlü Məmmədova Xeyransa Əliş qızının cəsədini aşkar ediblər.

Cəsəd aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Müstəqil.Az

Share: