Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Eldar İsayev açıqlamasında bildirib ki, avtobus qəzası nəticəsində xəsarət alanlar təcili yardım şöbəsinə yerləşdirilib: “Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. İki nəfərə isə hazırda şöbədə yardım göstərilir. Onlardan birinə sol ayağın, digərinə isə 9-10-cu qabırğaların sınığı diaqnozu qoyulub. Həmin xəstələrin müayinəsi davam etdirilir. Ümumiyyətlə, qəza nəticəsində xəsarət alanların heç birinin vəziyyəti ağır olmayıb”.
***
Mingəçevir şəhərində sərnişin mikroavtobusu aşıb, xəsarət alanlar var.
Hadisə şəhərin Təbriz küçəsində baş verib.
Belə ki, şəhərdaxili sərnişin daşıyan 7 nömrəli marşurt xətt avtobusu “Niva” markalı avtomobillə toqquşaraq aşıb. Nəticədə xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib.
Onlardan 1-i kişi, 4-ü qadındır. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir. (report)