SON DƏQİQƏ – Mingəçevirdə yerləşən “Azərbaycan İES”-də yenidən yanğın başlayıb.(YENİLƏNDİ)

Mingəçevirdə yerləşən “Azərbaycan İES”-də yenidən yanğın başlayıb.
​Müstəqil.az yeniçağ-a istinadən xəbər verir ki, hadisə yerində olanlar nasaz olan açarların birində yenidən yanğın başladığını deyirlər: “Dünən Baş prokuror da Prezident qarşısında dedi ki, elektrik açarları müasir deyil. Hazırda o açarlardan biri yanır.”
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının tezliklə ram edilməsinə və yenidən ciddi problem baş verməməsi üçün yanğının tez bir zamanda söndürülməsi üçün çalışırlar. Ancaq alovların qarşısını almaq hələ ki mümkün olmayıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) Mingəçevir şəhərindəki “Azərbaycan İES”də baş vermiş yanğınla bağlı məlumat yayıb.

FHN-dən Yenicag.az-a verilən xəbərdə bildirilir ki, iyulun 5-də saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində “Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıb.

Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub.

Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Mingəçevir şəhərindəki “Azərbaycan” İES-də baş verən yanğının qarşısı alınıb.

Müstəqil.Az Yenicag.az-a istinadla  xəbər verir ki, yanğın hadisə yerinə cəlb edilən yanğınsöndürmə briqadaları və polislər tərəfindən söndürülüb.

***

Mingəçevir şəhərindəki “Azərbaycan” İES-də yenidən qəza baş verib.

Daxil olan məlumata görə, İES-in daha bir blokunda yanğın başlayıb.

Sakinlər saytımıza bildirib ki, əhali təşviş içərisindədir:

“Yenidən eyni halın təkrarlanmasından qorxuruq. Lakin hələ Mingəçevirdə işıqlar sönməyib”.

Hadisə yerindən fotonu təqdim edirik.

Qeyd edək ki, “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı əməkdaşımıza bu barədə məlumatı olmadığını bildirib.

Müstəqil.Az

 

 

Share: