“Minlərlə ukraynalı Zaporojye vilayətinin Vasilyevka şəhərində rusiyalıların nəzarət-buraxılış məntəqəsində saxlanılır.
Ukraynanın nəzarəti altında olan əraziyə daxil olmaq istəyən əhali əraziyə buraxılmalarını gözləyir.
Onlar iki həftədən çoxdur orada saxlanılırlar.
Bu barədə Melitopol meri İvan Fedorov məlumat verib.
“Rusiyalılar 2,5 həftə ərzində Ukraynanın nəzarətində olan əraziyə cəmi 200 avtomobilin daxil olmasına icazə veriblər. Zaporojye, Xerson, Luqansk və Donetsk vilayətlərinin ilhaq edilmiş hissələrini isə minlərlə adam tərk etmək istəyir. İnsanlar çarəsizlik içində, gecə-gündüz maşınlarda, soyuqda, düzgün qidalanmadan, uşaqları ilə birlikdə, qoca valideynləri ilə birlikdə gözləyir. Onlar artıq gözləməkdən yorulub və işğal olunmuş evlərinə tərəf üz tuturlar”, – deyə mer qeyd edib.
Mənbə: UNİAN