Minsk 32 “Vaqnerçi”ni Moskvaya geri verdi

Minsk Belarusda saxlanılan 32 Rusiya vətəndaşını Moskvaya geri verib.

Müstəqil.Az xəbər verir ki, bu məlumatı Rusiya Baş Prokurorluğu yayıb. Məlumata görə, həbs edilən “Vaqnerçi”lərdən 1-i Belarusda saxlanılıb. Buna səbəb kimi həmin şəxsin Belarus pasportunun olması göstərilib.

Qeyd edək ki, bundan öncə Belarus ölkədə 33 “Vaqnerçi”ni həbs etmişdi. Bu şəxslər kütləvi etirazlar təşkil etməkdə ittiham olunmuşdu.

Müstəqil.Az

Share: