Minskdə Müstəqillik Gününə həsr olunmuş atəşfəşanlıq zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
“RİA Novosti” xəbər verir ki, bu haqda Belarusun Müdafiə nazirliyindən bildiriblər.
Məlumata görə, atəşfəşanlıq zamanı fövqəladə hadisə baş verib: mərmilərdən biri qəfil partlayıb, qəlpələri ətrafdakılara zərər yetirib.
Nazirlikdən bildiriblər ki, atəşfəşanlıqda istifadə olunan mərmi tipləri əvvələr də işlədilib.
Belarusun İstintaq Komitəsi hadisə ilə bağlı araşdırma aparır.(Oxu.az)