Mir Şahin hədələdi: Sizin ana-bacınızı… – Foto

Bəli, qayıdır Mirşahin, hazırlaşın, narahat olmayın, təhqir edilməyəcəksiz, ona görə ki, bu mənim xarakterimcə deyil, amma layiq olduğunuz cavabı mütləq alacaqsınız.

Müstəqil.Az Axar.az-a istinad edərək xəbər verir ki, bu sözləri tanınmış telejurnalist Mirşahin Ağayev yaxın günlərdə yayıma başlayacaq Real TV ilə bağlı gedən müzakirələr zamanı ona qarşı yönəlmiş ittihamlara cavab olaraq bildirib.

M.Ağayev sosial şəbəkədə yazılanlara laqeyd qalmayaraq rəy bölməsində fikrini yazıb. O bildirib ki, tezliklə sırada olacaq və 1 il 8 ay ərzində ünvanına ulaşılanların əvəzi çıxılacaq:

“Bəli, qayıdır Mirşahin, hazırlaşın, narahat olmayın, təhqir edilməyəcəksiz, ona görə ki, bu mənim xarakterimcə deyil, amma layiq olduğunuz cavabı mütləq alacaqsınız. Barəmdə şərh, daha doğrusu, şər yazanlar, nə xoşunuza gəlmir, mənim düşərgəmi tanımırdınız ki? Mən əlbəttə dövlətimin yanındayam və sizinlə savaşanların önündə olacağam. Başqa cür olsaydı, təəccüblü olardı. Siz məni kiminsə söyüş dolu çıxışına istinadla təhqir edirsiniz. Amma mən sizi özüm açıb ortaya qoyacam ki, xalq əsl içinizi görsün. Tezliklə sırada olacam və 1 il 8 ay ərzində ünvanıma ulaşılanların əvəzi çıxılacaq! Mən sizin ana və bacınızı söyməyəcəm, sadəcə … sevəcəm!!!”

Qeyd edək ki, M.Ağayevin rəhbərlik etdiyi Real TV bu həftə ərzində fəaliyyətə başlayacaq.

Share: