Mirsüleyman Mirxaslı: Görkəmli və çoxşaxəli şəxsiyyət…

Mirsüleyman Mirxaslı: Görkəmli və çoxşaxəli şəxsiyyət…

(Əziz və kübar insan, ictimai xadim, hörmətli ziyalı şəxsiyyət Mirsüleyman müəllim Mirxaslıya ithaf olunur!)

Bu yazıda əziz oxucuların doğma yurdumuz Cəlilabadın əziz, kübar və hörmətli ziyalısı, tanınmış ictimai xadim, Yeni Azərbaycan Partiyası Cəlilabad Rayon Təşkilatının sədri hörmətli Mirsüleyman müəllim Mirxaslı ilə daha yaxından tanış olmasına çalışacam:

Qısa bioqrafik məlumat:
Mirxaslı Mirsüleyman Mirismayıl oğlu. 1961-ci ilin iyul ayının 25-də Astraxanbazar (indiki Cəlilabad) şəhərində bir təmiz və zəhmətkeş ailədə dünyaya göz açıb. Orta məktəbi doğulduğu şəhərdə başa vurduqdan sonra D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmiş, əmək fəaliyyətinə Səyyar Mexanikləşdirilmiş dəstədə fəhlə kimi başlamışdır.
Mir Süleyman müəllim daha sonra kooperasiya sistemində şöbə müdiri, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifələrində çalışmışdır. 1992-ci ildən YAP-nın üzvü, 1996-cı ildən YAP Cəlilabad Rayon Təşkilatının sədridir.
Cəlilabad rayonunda Azərbaycan Dövlətçiliyinin qorunması və möhkəmlənməsi yolunda xüsusi rola malik olan, həm də Cəlilabadın tanınmış və hörmətli simalarından sayılan Mir Süleyman müəllim yüksək idarəçilik bacarığı ilə yanaşı, həm də tədqiqat və elmi araşdırma sahəsində, xüsusilə də dini mövzularla bağlı araşdırmada böyük həvəsə malikdir. Ailəlidir və 2 övladı (1 qızı, 1 oğlu) var.
Məlumat üçün qeyd etmək lazımdır ki, yurdumuzun tanınmış və görkəmli din xadimlərindən sayılan Hacı Mirxas Ağa Musəvi (vəfatı: 1860) hörmətli Mir Süleyman Mirxaslının babasının (mərhum Mir Süleymanın) böyük qardaşı olmuşdur. Bu pak sülalə məhz Mirxas Ağanın adını soyadı kimi daşıyırlar. Mərhum Hacı Mirxas Ağa Musəvi və onun dəfn edildiyi “Tanrı ocağı” Ziyarətgahı hal-hazırda Cəlilabad rayonunun Hasıllı kəndində yerləşir. Həmin ocaq və xüsusilə də, mərhum Hacı Mirxas Ağa Musəvi barədə bir neçə il öncə qələmə aldığım “TANRI OCAĞI” (Tanrı ocağı və ya “Armud Ağacının Altı” Ziyarətgahı və görkəmli din xadimi Hacı Mirxas Ağanın həyatı barədə araşdırma) adlı geniş monoqrafiyada ətraflı məlumat verilmişdir.

Xüsusiyyətləri:
Doğma yurdumuzun əziz və görkəmli simalarından, dövlətçilik nümunələrindən sayılan tanınmış ziyalı və hörmətli şəxsiyyət Mirsüleyman müəllimin əsas xüsusiyyətləri olaraq aşağıdakıları sadalamaq olar:
1. Həyatda əqidəli;
2. Tanrıya bağlılıq;
3. Əzmkarlıq;
4. Ziyalı;
5. Kübarlıq, yüksək tərbiyə, mədəniyyət və etika sahibi;
6. Dövlətçi;
7. İdarəçilik və təşkilatçılıqda xüsusi bacarıq sahibi;
8. Səmimi, mehriban və pozitiv insan;
9. Təvazökar;
10. Xeyirxah;
11. Tədqiqatçı;
12. Biologiya həvəskar;
13. Gözəl ata və dəyərli ailə başçısı;
14. Çoxşaxəli şəxsiyyət və s…

Subyektiv baxışım:
Mirsüleyman Mirxaslı şəxsiyyəti çoxşaxəlidir. O, tək bir insan olsa da, əslində müxtəlif sahələr üzrə yüksək bacarıq və məharət sahibidir. Burada həmin sahələrə ümumi nəzər salmaq olar:

I. Siyasət və Dövlətçilik sahəsi;
Mirsüleyman müəllim doğma Cəlilabad rayonunda müstəqilliyimizin ilk illərindən etibarən ölkəmizin müstəqilliyi, xüsusilə də, Azərbaycan Dövlətçiliyinin möhkəmlənməsi yolunda bütün var gücü ilə çalışan kübar və yüksək mədəniyyətli bir şəxsiyyətdir. 1996-cı ildən etibarən Yeni Azərbaycan Partiyası Cəlilabad Rayon Təşkilatının sədridir. İlk əvvəldən Ulu Öndər Heydər Əliyevə və Azərbaycan Respublikasının hazırkı Prezidenti cənab İlham Əliyevə öz sədaqəti ilə tanınır.
Onun iştirak etdiyi hər bir məclis çox maraqlı keçir. Çünki öz müsbət və pozitiv aurası, maraqlı söhbətləri, həmçinin, yüksək mədəniyyəti və etikası ilə hər kəsdə gözəl təsir bağışlamağı bacarır. Bütün bunlar onu müasir dövrümüzdə bir görkəmli siyasətçi, dövlət və ictimai xadimə çevirmişdir.

II. Dinlərarası dialoq və multikulturalizm sahəsində tədqiqatçı;
Bu dəyərli şəxsiyyət dinlərarası dialoq və multikulturalizm sahəsində bacarıqlı və peşəkar tədqiqatçıdır.
Böyük və zəngin kitabxana sahibi olan bu dəyərli şəxsiyyətin indiyədək bu sahədə cildlərlə araşdırmaları ərsəyə gəlmiş, lakin müəyyən səbəblərə görə hələlik işıq üzü görməmişdir. O, uyğun sahədə hər deyilən və hər yazılanı deyil, daha çox tədqiqat əsasında əldə etdiyi və məntiqə uyğun gələnləri məqbul sayır.

III. Botanika sahəsi;
Mirsüleyman müəllim həm də botanika sahəsində böyük əmək və maraqlı təcrübə sahibidir. Onun öz həyətində saldığı və əsasən ezotik bitkilərdən ibarət olan baxçaya baxmağın ayrı bir özəlliyi var. Özünün söylədiyinə görə, həyət baxçasındakı kolleksiyasında ağac və bitkilərin sayı daim 100-dən 300-ə qədər dəyişir. Çünki, onların əksəriyyəti başqa iqlim qurşaqlarından doğma Cəlilabada gəlmiş qonaqlardır. Mirsüleyman müəllim həmin bitkilər üzərində təcrübə apararaq, onları bizim iqlimə uyğunlaşdırmağa çalışır. Bu sahədə uğur da olur, amma öyrəşməyib tələf olanlar da olur. Bu isə onun botanika sahəsindəki əməyi və yüksək təcrübəsidir…

Arzu və diləyim:
Ulu Tanrıdan doğma yurdumuzun belə bir əziz insanı, əslində isə Cəlilabadımızın görkəmli siyasətçisi, dövlət və ictimai xadimi, tədqiqatçı-teoloqu və bioloqu saylan əziz və hörmətli Hacı Mirsüleyman müəllim Mirxaslıya (Suleyman Mir-Khas) uzun və mənalı ömür, möhkəm can sağlığı, ailə xoşbəxtliyi və həyatda daim uğurlar diləyirəm!

İlqar İsmayılzadə (Fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru və Azərbaycan Jurnalistlər Birliyinin üzvü)
[email protected]
22.07.2022

Share: