Müstəqil.az xəbər verir ki,Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Azərbaycan kəlağayısı min illərin yadigarı” layihəsinə start verildi.
İki ay (01.09.2022 – 01.11.2022) müddətinə icra olunacaq layihə çərçivəsində Azərbaycan kəlağayısından bəhs edən “Azərbaycan kəlağayısı min illərin yadigarı” adlı sənədli flim çəkiləcəkdir.