Mirzoyan: “Bu dar günlərdə Türkiyədə olmaqla sülh qurmaq arzumuzu bir daha təsdiqləmək istəyirəm”

Mirzoyan: “Bu dar günlərdə Türkiyədə olmaqla sülh qurmaq arzumuzu bir daha təsdiqləmək istəyirəm”

“Bu çətin günlərdə Türkiyədə olmaqla sülh qurmaq arzumuzu bir daha təsdiqləmək istəyirəm”.

Bunu Ermənistan xarici işləri naziri Ararat Mirzoyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi brifinqdə deyib.

“Adıyamana yardım gətirmək üçün 35 ildir bağlı olan sərhəd qapısı şənbə günü açılıb. Yardımın ikinci hissəsi tezliklə Adıyamana çatacaq”, – deyə o əlavə edib.

Türkiyə XİN rəhbəri də Ermənistanın bu dar gündə dostluq əli uzatdığını deyib. O, 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələni xatırladıb və həmin vaxt Türkiyənin yardımının Ermənistana çatdırıldığını deyib.

“Bu gün həmin sərhəd qapısından ölkəmizə Ermənistandan humanitar yardım gəlib”, – deyə Çavuşoğlu əlavə edib.

Mənbə: Yeni Şafak

Share: