Ermənistan və Fransa xarici işlər nazirləri Cənubi Qafqazda təhlükəsizlik məsələləri müzakirə ediblər.
xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Ararat Mirzoyan və Ketrin Kolonna arasında baş tutan danışıqlar Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutub.
Mirzoyan həmkarına Ermənistan-Azərbaycan münasibətlərindəki son vəziyyətdən danışıb.
Nazirlər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparıblar.