Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının Bişkekdə keçiriləcək iclasında iştirak etməyəcək.
Bunu nazirliyin mətbuat katibi Ani Badalyan ölkənin İctimai Televiziyasına bildirib.
Onun sözlərinə görə, İrəvan oktyabrın 4-də MDB İcraiyyə Komitəsinə xarici işlər naziri müavininin tədbirdə iştirak edəcəyi barədə yazılı məlumat verib.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-ya müsahibəsində Qırğızıstanın paytaxtında tədbir çərçivəsində Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirilməsinə ümid etdiyini bildirib.