Mirzoyan Xameneinin müşaviri ilə görüşüb

Mirzoyan Xameneinin müşaviri ilə görüşüb

Mirzoyan Xameneinin müşaviri ilə görüşüb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İran İslam Respublikasının Ali Rəhbərinin müşaviri, Beynəlxalq Əlaqələr üzrə Strateji Şuranın rəhbəri Kamal Xarazi ilə görüşüb.

“armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

“Görüş zamanı tərəflər Ermənistan-İran əməkdaşlığının gündəliyindəki müxtəlif məsələləri müzakirə edərək, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu və fəallığı qeyd ediblər. Bu kontekstdə iki ölkə arasında enerji, infrastruktur, iqtisadi və digər sahələrdə sıx əməkdaşlığın, iki xalqın dostluğunun və regionda sabitliyin möhkəmləndirilməsi naminə birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb”, – məlumatda bildirilib.

Qeyd olunub ki, görüş zamanı Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələləri də müzakirə olunub.

Share: