60 yaşlı malayziyalı aktrisa Mişel Yeoh “Time” jurnalı tərəfindən 2022-ci ilin ikonu seçilib.
Kulis.az xəbər verir ki, Mişel Yeoh daha çox “Hər yerdə və birdən” və “Crouching Tiger, Hidden Dragon” filmlərindəki rolları ilə tanınır.
O, həmçinin “Geyşanın xatirələri”, “Kung Fu Panda 2” və “Qalaktikanın mühafizəçiləri 2” kimi filmlərində rol alıb. Aktrisa Ceyms Kemeronun “Avatar” filminin davamında da oynayıb .