Misir “Ever Given” gəmisinin saya oturması səbəbindən Süveyş kanalında təqribən bir həftə ərzində hərəkətin bağlanmasına görə 1 milyarddan çox təzminat tələb edir.
Müstəqil.Az xəbər verir ki, bu barədə kanal rəsmisi Üsamə Rabiyə danışıb.
O bildirib ki, təzminat məbləği razılaşdırılsa, gəmi problemsiz hərəkət edə biləcək, ancaq məhkəmə prosesinə qədər məsələ gedib çıxsa, gəmidəki təxminən 3,5 milyard dollar dəyərindəki yükün Misirdən çıxmasına icazə verilməyəcək.
Xatırladaq ki, Aralıq və Qırmızı dənizləri birləşdirən, Afrika və Asiya qitələrini isə ayıran Süveyş kanalı təxminən bir həftə “Ever Given” yük gəmisinin saya oturması nəticəsində bağlanıb. Ümumi uzunluğu 400 metr, yükgötürmə qabiliyyəti isə 224 min ton olan gəmi Çindən Niderlanda doğru hərəkət edərkən kanalın 151-ci km-liyində batıb.
Müstəqil.Az