Sovet İttifaqı bütün imtahanlardan keçib mövcudluğunu qoruya bilsəydi, hazırda dünyamız daha əmin, daha ədalətli olardı.
Sfera.az xəbər erir ki, bu sözləri SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov “The Times” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, çoxsaylı səhvlər – hakimiyyətin mərkəzsizləşdirilməsi, radikal islahatlar aparmaqdan boyun qaçırması və partiyada bu cür islahatların aparılması cəhdləri ölkəni məhv etdi:
“Əvəzində sonucda aşkarlıq, ölkəni rahat tərk etmək imkanı, söz azadlığı və çoxpartiyalı sistemi əldə etdik. Mən hələ “nüvə tərksilahı” siyasətindən danışmıram.
“Sovet İttifaqı qorunub saxlansaydı dünya necə olardı- tarix nisyə söhbətləri sevmir. Amma düşünürəm ki, dünya daha yaxşı, daha sabit, daha təhlükəsiz və daha ədalətli olardı.
Əlbəttə, biz SSRi-nin dağılmasını istəmirdik. Ammadəyişikliklər prosesini elə bir səviyyəyə gətirmişdik ki, artıq onu geriyə çevirmək mümkün olmadı.
Buna görə 1991-ci ilin avqustunda baş verən çevriliş uğursuz oldu. Hərçənd bunun çox böyük fəsadları oldu: bu prezidentə və Sovetlər Birliyinə zərbə idi. Sonra isə radikallarla separatçılar Sovet İttifaqının axırına çıxdı”,- deyə Mixail Qorbaçov bildirib.