“Ukraynadakı müharibədə köklü dəyişikliklər olarsa və ölkəyə daha çox qaçqın gələrsə, Moldova səfərbərlik elan edə bilər”.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu Moldovanın müdafiə naziri Anatoli Nosatı bildirib.
Onun sözlərinə görə, Moldova ehtiyatda olan hərbçilərin toplanması planını artıq yerinə yetirib.
“Təbii ki, adekvat cavab vermək üçün müəyyən tədbirlər görməliyik”, – nazir bildirib.