Moldova Prezidenti Saakaşvili ilə bağlı Gürcüstan hökumətinə çağırış etdi

Moldova Prezidenti Saakaşvili ilə bağlı Gürcüstan hökumətinə çağırış etdi

Moldova Prezidenti Maya Sandu Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin səhəti ilə bağlı narahatlığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə tviter hesabında yazıb.

Maya Sandu Gürcüstan hökumətini Saakaşvilinin təcili olaraq xaricdə tibbi müalicəyə çıxışını təmin etməyə çağırıb.

Xatırladaq ki, Saakaşvili ona qarşı bir sıra cinayət işlərinin açılmasına baxmayaraq, 2021-ci ilin payızında gizli şəkildə vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilib. O, həbsini siyasiləşmiş adlandırıb və aclıq aksiyasına başlayıb. Daha sonra eks-prezidentin səhhəti ciddi şəkildə pisləşib və o həbsxanadan klinikaya köçürülüb.


Share: