Moldova respublika ərazisinə raket parçalarının düşməsi ilə bağlı insidentdən sonra Rusiya səfirliyinin əməkdaşını ölkədən çıxarır.
Bu barədə bazar ertəsi Moldova İşlər və Avropaya İnteqrasiya Nazirliyi məlumat yayıb.
Nazirliyin mətbuat xidmətinin bəyanatında Ukraynanın enerji infrastrukturuna hücumların Moldovanın enerji təhlükəsizliyinə də təhlükə yaratdığı vurğulanır.
Qeyd edək ki, oktyabrın 31-də Moldovanın Naslavça qəsəbəsi kənarında Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan raketin fraqmentlərinin düşməsi barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb. İlkin məlumata görə, xəsarət alan olmayıb, bir neçə evin şüşələri qırılıb.
Nazirlik aydınlaşdırıb ki, səhər saatlarında Ukraynanın Moldova ilə həmsərhəd olan Vinnitsa və Çernovtsi vilayətlərində hava həyəcanı elan edilib. Bu hissədə Moldova ilə sərhəd bağlanıb.
Mənbə: TASS