Moldova hökuməti Rusiya səfirliyinin bir əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib.
Bunu Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin mətbuat katibi Filip Kojokaru bildirib.
Məlumata görə, qərar Tatarıstan rəhbəri Rüstəm Minnixanovun Moldovaya girişinə icazə verilməməsindən sonra qəbul edilib.
Eyni zamanda XİN nümayəndəsi əlavə edib ki, Rusiya səfirliyinin daha iki əməkdaşı hava limanına xüsusi girişdən məhrum edilib.
Xatırladaq ki, aprelin 17-də Tatarıstan rəhbəri Rüstəm Minixanov Moldovaya buraxılmayıb. O, Qaqauziyanın muxtar ərazi vahidində keçirilən tədbirdə iştirak etməyi planlaşdırırdı.
Mənbə: TASS