Moldovanın Baş naziri Natalya Qavrilitsa ölkəsinin müəyyən həcmdə qazı Ukraynada saxlamasınının səbəbini açıqlayıb.
O bildirib ki, bu addım Rumıniyada qaz anbarları dolduğuna görə atılıb: “Moldova Respublikası suveren dövlətdir, satın aldığı və ödəniş etdiyi qaz onun qərar verdiyi yerdə saxlanıla bilər”.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Moldovanın Rusiyadan satın aldığı qazın bir hissəsini Ukraynada saxlamasından təəccübləndiyini bildirmişdi.
“Bizdə təbii qaz ehtiyatları yoxdur, müəyyən miqdarda qazı Rumıniyada saxlayırıq, amma orada ehtiyatlar kifayət qədər doludur və müəyyən həcmdə qazı Ukraynada salxayırıq” , – deyə Baş nazir əlavə edib.
Mənbə: Kommersant