Moldova parlamenti enerji sektorundakı böhranla əlaqədar fövqəladə vəziyyət rejimini daha 60 gün uzadıb.
Parlamentdə hökumətin müvafiq tələbini 55 deputat dəstəkləyib.
Baş nazir Natalya Qavrilitsa deputatlar qarşısında çıxış edərək noyabrın 15-də və 23-də Rusiyanın Ukraynanın infrastrukturunu kütləvi şəkildə atəşə tutması səbəbindən elektrik enerjisinin kəsilməsini xatırladıb.
Qavrilitsa deyib ki, Moldovada fövqəladə vəziyyət olmasaydı, hakimiyyət elektrik enerjisinin kəsilməsinə tez reaksiya verə, Rumıniyadan elektrik idxal edə və böhranların öhdəsindən gələ bilməyəcəkdi.
“İndi siyasi mübahisələrin və ya populist ritorikanın vaxtı deyil. Mən təsdiq edirəm ki, hökumət öz səlahiyyətlərini aşmayıb. Hökumət və Fövqəladə Hallar Komissiyası şəffaf fəaliyyət göstərib, Moldovada böhranların aradan qaldırılması üçün tədbirlər görülüb”, – Qavrilitsa bildirib.
Mənbə: rbc.ua