Moldovadan Azərbaycana dəstək gəldi – Ermənistan QƏZƏBLƏNDİ

Moldovadan Azərbaycana dəstək gəldi – Ermənistan QƏZƏBLƏNDİ

Qarabağda təxribata əl atan Ermənistanın diplomatik izolyasiyası get-gedə dərinləşir.

Ermənistan KİV xəbərlərinə görə, Moldova XİN rəhbəri  Oleq Tsulyanın 18 oktyabr Müstəqillik Günü münasibətilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu təbrik etməsi Yerevanı qəzəbləndirib.

Belə ki, nazirə ünvanlanan məktubda Tsulya rəsmi Kişinyovun Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olması vurğulanıb.

Ermənistanın buna cavab olaraq, Moldovanın Avrasiya İnkişaf Bankına müşahidəçi ölkə kimi qəbul olunmasına veto qoyacağı xəbər verilir.

Xatırladaq ki, Moldova Avrasiya İttifaqının müşahidəçi ölkəsi kimi banka üzv olmağı planlaşdırırdı. (modern.az)

Share: